“Beşiktaş” 9 oyundur uduzmur, bu dəfə 90+5-də!
“Beşiktaş” 90+5-də qalib gəldi – El Bilal Turədən həyati qol!
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 18-ci turunda “Beşiktaş” doğma meydanda “Kayserispor”u qəbul edib. Tüpraş stadionunda keçirilən qarşılaşma dramatik sonluqla yadda qalıb.
Oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci yarıda da uzun müddət hesab açılmayıb. Matç artıq bitmək üzrə ikən, 90+5-ci dəqiqədə El Bilal Turə rəqib qapısına yol taparaq “Beşiktaş”a vacib 3 xal qazandırıb – 1:0.
Bu qələbə ilə “Ağ-qaralar”ın məğlubiyyətsizlik seriyası 7 oyuna çatıb və komanda xallarının sayını 32-yə yüksəldib. “Kayserispor” isə 15 xalda qalıb.
Dolmabağçada istefa çağırışları
Qarşılaşmanın son dəqiqələrində və final fitindən sonra “Beşiktaş” azarkeşləri rəhbərliyə etiraz ediblər. Tribunalardan “yönetim istefa” və “Transferlər haradadır, Serdal Adalı?” şüarları səsləndirilib.
El Bilal Turənin 5-ci qolu
Qələbə qolunun müəllifi olan 24 yaşlı El Bilal Turə Super Liqada mövsümdə 5-ci qolunu vurub. Malili futbolçu daha əvvəl “Başakşehir”, “Fənərbağça”, “Fatih Karagümrük” və “Qaziantep FK” ilə oyunlarda da fərqlənmişdi. Onun liqada həmçinin 5 məhsuldar ötürməsi var. Turə Türkiyə Kubokunda da “Ankara Keçiörengücü”nə qol vurub.
“Beşiktaş” 9 oyundur uduzmur
“Beşiktaş” son 9 rəsmi oyunda (Super Liqada 7, Türkiyə Kubokunda 2) məğlubiyyət üzü görməyib. Bu müddətdə liqada “Antalyaspor”, “Fatih Karagümrük”, “Çaykur Rizəspor” və “Kayserispor” üzərində qələbə qazanılıb, “Samsunspor”, “Qaziantep FK” və “Trabzonspor”la heç-heçə edilib. Kubokda isə “Fənərbağça” və “Ankara Keçiörengücü” məğlub edilib.
Türkiyə Super Liqası, 18-ci tur:
Beşiktaş 1 – 0 Kayserispor
El Bilal Turə 90+5'
© Copyright 2026, All Rights Reserved