“Beşiktaş” kubokda qrup lideri oldu
"Beşiktaş”dan kubokda inamlı qələbə! Türkiyə Kubokunun qrup mərhələsinin 2-ci turunda “Beşiktaş” doğma meydanda Ankara “Keçiörengücü”nü 3:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, kubokda 2 oyunda 2 qələbə qazanan “Qara qartallar” xallarını 6-ya yüksəldib və qrup liderliyinə yüksəlib.
“Beşiktaş” Türkiyə Kubokunda yoluna itkisiz davam edir:
Beşiktaş 3 - 0 Keçiörengücü
T. Abraham 15’
E. B. Ture 55’
K. Yılmaz 87’
Türkiyə Kuboku, qrup matçı
© Copyright 2026, All Rights Reserved