"Bodo-Qlimt"in rus qapıçısı hamını qabaqladı
“Bodo-Qlimt”in qapıçısı Nikita Xaykin 2025/26 mövsümündə Çempionlar Liqasında ən çox seyv edən oyunçu olub.
90plus.az xəbər verir ki, 30 yaşlı qapıçı səkkiz matçda 49 dəfə qolun qarşısını alaraq 15 qol buraxıb.
“Real”ın qapıçısı Tibo Kurtua ikinci sırada yer alıb, “Marsel”in qapıçısı Xeronim Rulli isə üçüncü olub.
“Bodo-Qlimt” Çempionlar Liqasının ümumi turnir cədvəlində 23-cü pillədə qərarlaşıb və pley-off mərhələsində “İnter”lə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved