Camal Musiala yaşıl meydanlara qayıtdı
“Bayern Münhen”in gənc ulduzu Camal Musiala ağır zədədən sonra ilk dəfə yaşıl meydanlara geri dönüb.
90plus.az xəbər verir ki, 22 yaşlı futbolçu 4 ay əvvəl FIFA Klublararası Dünya Kubokunda PSJ ilə keçirilən dörddəbir final matçında ayaq biləyini sındıraraq uzun müddət meydanlardan uzaq qalmışdı.
Həmin qarşılaşmanın ilk hissəsinin son dəqiqələrində PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşan Musialanın sol ayaq biləyində sınıq qeydə alınmışdı. Gənc futbolçu sedyə ilə meydanı tərk edərkən, Donnarumma isə göz yaşlarını saxlaya bilməmişdi.
Məşqlərə başladı
“Bayern Münhen”in gənc superulduzu artıq komanda ilə məşqlərə qoşulub. Alman klubunun 2026-cı il üçün keçirdiyi ilk məşqdə iştirak edən Camal Musiala qısa zamanda əvvəlki formasını bərpa etməyi hədəfləyir.
Zədədən sonrakı bərpa prosesi uğurla başa çatan yarımmüdafiəçinin yaxın aylarda yenidən rəsmi oyunlarda meydana çıxması gözlənilir.
© Copyright 2026, All Rights Reserved