“Çelsi” azarkeşləri Neapolda bıçaqlandı
TƏCİLİ: “Çelsi” azarkeşləri Neapolda hücuma məruz qalıb.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli”yə qarşı oyunu öncəsi “Çelsi”nin iki azarkeşi Neapolda hücuma məruz qalaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, şəhər daxilində gəzərkən azarkeşlərdən biri bir qrup şəxs tərəfindən ayağından kəsici alət ilə bıçaqlanıb. Digər azarkeşin vəziyyəti barədə məlumat hələ açıqlanmayıb.
Hadisə yerində polis əməkdaşları tədbir görüb və istintaq davam edir. UEFA və klub rəsmiləri insidentdən xəbərdar edilib.
Bu insidentin oyun təhlükəsizliyinə təsiri barədə əlavə məlumatlar gələcəkdə açıqlanacaq.
Mənbə: TheAthleticFC
© Copyright 2026, All Rights Reserved