Cenk Tosundan Azərbaycan şərhi: "Gəlmək istəyirəm"
Türkiyə millisinin üzvü Cenk Tosun Azərbaycanda oynamağa maraqlı olduğunu bildirib.
90plus.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu AZƏRTAC-a açıqlamasında danışıb.
O, Azərbaycandan gələcək təklifləri müsbət qiymətləndirəcəyini qeyd edib: "Mövsümün sonunadək 'Kasımpaşa' ilə müqaviləm var. Amma gələn il Azərbaycandan təklif gələrsə, bunu düşünərəm. Ölkənizi çox sevirəm".
Almaniya futbolunun yetirməsi olan Cenk Tosun "Ayntraxt" (Almaniya), "Qaziantepspor" (Türkiyə), "Everton" və "Kristal Pelas" (İngiltərə) klublarında da çıxış edib. Türkiyə millisində 53 oyuna çıxan hücumçu 21 qol vurub.
O, son olaraq "Fənərbağça"nın şərəfini qoruyub.
© Copyright 2026, All Rights Reserved