Dani Karvaxal "Real Madrid" azarkeşlərindən üzr istədi
“Real”ın kapitanı Dani Karvaxal İspaniya Kubokunun 1/8 final mərhələsində “Albasete”yə 2:3 hesablı məğlubiyyəti dəyərləndirib.
90plus.az xəbər verir ki, ispan müdafiəçi Madrid klubunun hazırda lazımi səviyyədə olmadığını qeyd edib:
“Bu gün çox zəif çıxış etdik. İkinci liqa komandası qarşısında məğlub olduq. Rəqibi təbrik edirəm. Sabahdan etibarən həm fərdi, həm də komanda olaraq özümüzü ciddi şəkildə analiz etməliyik. Mövsüm davam edir və vəziyyəti yaxşılaşdırmaq üçün hələ imkanlarımız var. Qarşıda iki vacib turnir bizi gözləyir və həmin yarışlarda qalib gəlmək üçün mübarizə aparmalıyıq”.
Karvaxal azarkeşlərə də müraciət edərək üzrxahlıq edib: “Azarkeşlərimizdən bağışlanmağımızı xahiş edirik. Klubun bizdən gözlədiyi səviyyəni hələ ki göstərə bilmirik. Yaxın aylarda hər oyunda bütün gücümüzlə çıxış edəcəyimizə söz veririk”.
Bu qarşılaşma “Real”ın yeni baş məşqçisi Alvaro Arbeloanın rəhbərliyi altında keçirdiyi ilk matç olub.
© Copyright 2026, All Rights Reserved