Donnarumma milliyə görə toyunu təxirə salıb
“Mançester Siti”nin qapıçısı Canluici Donnarummanın agenti Enzo Raiola italiyalı qapıçının İtaliya millisində çıxışa tam fokuslanmaq üçün toyunu təxirə salmaq qərarı verdiyini açıqlayıb.
90plus.az xəbər verir ki, Raiola “Radio Sportiva”ya açıqlamasında bunları deyib:
“Bir neçə aya milli komanda üçün çox həssas və onun üçün son dərəcə vacib bir dövr başlayır. O, bu yay evlənmək istəyirdi, lakin hər şeyi təxirə saldı, çünki milli komandaya olan öhdəliyi hər şeydən önəmlidir.
Bu məsələ onun üçün doğrudan da çox vacibdir. O, bizdən xahiş etdi ki, indiki məqama fokuslanaq və yalnız klubu ilə İtaliya barədə düşünək. Bunun əsas səbəblərindən biri də onun Dünya Çempionatına getməyi ürəkdən istəməsidir”
Qeyd: Dünya Kubokunun pley-off mərhələsində İtaliya millisi Şimali İrlandiya ilə üz-üzə gələcək. Bu cütün qalibi isə Uels – Bosniya və Herseqovina qarşılaşmasının qalibi ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved