Döyüşçü Məhəmmədəli faciəli şəkildə dünyasını dəyişdi
Tacikistan idman ictimaiyyəti ağır itki ilə üzləşib. Gənc MMA döyüşçüsü Məhəmmədəli Sadulloyev 15 yaşında faciəli şəkildə həyatını itirib.
90plus.az xəbər verir ki, hadisə Kulab şəhərində gecə saatlarında baş verib. Kompüter klubunda həmyaşıdları arasında yaranan mübahisə sonradan zorakılığa çevrilib. Nəticədə Sadulloyev ürək nahiyəsindən aldığı bıçaq xəsarəti səbəbindən vəfat edib. Qarşıdurma zamanı daha iki nəfər də yaralanaraq xəstəxanaya çatdırılıb.
Tacikistanın Qarışıq Döyüş Sənətləri Federasiyası faktı təsdiqləyib. Hüquq-mühafizə orqanları insidentlə əlaqədar iki nəfəri saxlayıb, hadisənin detalları araşdırılır.
Qeyd: Məhəmmədəli Sadulloyev qısa karyerasına baxmayaraq, böyük uğurlara imza atmışdı. O, 2024-cü ildə gənclər arasında MMA üzrə dünya çempionu olmuş, 2025-ci ildə isə Tacikistan çempionluğunu qazanmışdı.
© Copyright 2026, All Rights Reserved