FA Kubokunda şok: “Nottingem Forest” uduzdu, Şon Dayç əsəbiləşdi
FA Kubokunun 3-cü turunda aşağı liqa təmsilçisi “Rexhem”lə 3:3 hesablı heç-heçə edən “Nottingem Forest” penaltilər seriyasında 4:3 məğlub olaraq turnirlə vidalaşıb. Oyundan sonra komandanın baş məşqçisi Şon Dayç futbolçularına qarşı olduqca sərt açıqlamalar verib.
90plus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında əsəblərini gizlətməyən təcrübəli mütəxəssis, xüsusilə az şans qazanan və ehtiyatda qalan oyunçuları hədəf alıb. Dayç meydanda göstərilən zəif oyundan narazı qaldığını bildirib.
Şon Dayç futbolçuları ilə bağlı bunları deyib:
“Bəzi oyunçular daim qapımı döyüb ‘Niyə oynamıram?’ deyə soruşur. Bu gün meydanda gördüklərimiz həmin sualın cavabı idi. Sadəcə qapımı döymək kifayət deyil, formanı geyinirsənsə, onun haqqını da verməlisən.”
Aşağı liqa komandası “Rexhem”ə qarşı alınan bu məğlubiyyət “Nottingem Forest” azarkeşləri arasında da ciddi narazılıq yaradıb. Dayç oyundan sonra futbolçuların fərdi keyfiyyətlərindən çox, komandadakı mental çatışmazlığa diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved