Fatih Terim sabiq komandasına geri dönür - İmzalar atılır
Səudiyyə Ərəbistanı klubu "Əl-Şabab" 7 ay sonra yenidən Fatih Terimin qapısını döyüblər.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssislə bağlı sürpriz iddia gündəmə gəlib. Bildirilir ki, daha əvvəl də Fatih Terimlə təmasda olan "Əl-Şabab" rəhbərliyi yenidən danışıqlara başlayıb və mümkün müqavilə üçün ilkin görüşlər keçirilib.
Məlumatda qeyd olunur ki, tərəflər arasında aparılan təmaslar hələlik rəsmi mərhələyə keçməsə də, yaxın günlərdə prosesin sürətlənə biləcəyi istisna edilmir. Klubun, yeni mövsüm planlaması çərçivəsində Fatih Terimi əsas namizədlərdən biri kimi dəyərləndirdiyi vurğulanır.
Qeyd: Fatih Terim son illərdə həm Türkiyədə, həm də xaricdə çalışdığı klublarda əldə etdiyi nəticələrlə diqqət çəkib. Təcrübəli baş məşqçinin gələcəyi ilə bağlı qərarın qısa müddətdə dəqiqləşəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved