Fermin Lopes 2031-ci ilə qədər “Barselona”da
RƏSMİ: "Barselona" Fermin Lopez ilə 2031-ci ilə qədər müqaviləni yenilədi.
90plus.az xəbər verir ki, İspaniyanın “Barselona” klubu Fermin Lopez ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzaladığını açıqlayıb. Onun yeni sərbəstqalma dəyəri 500 milyon avro olaraq müəyyən edilib.
Fermin Lopez əvvəlki müqaviləsinə görə 2029-cu ilə qədər “Barselona”da qalmalı idi, lakin bu, istedadlı ispaniyalı yarımmüdafiəçinin “Çelsi”nin marağından yayına bilməsi üçün kifayət etmədi. İngiltərə klubu uzun müddətdir Lopeza maraq göstərirdi, lakin o, Kataloniya təmsilçisində qalmağı seçib.
Fermin Lopez 2025/26 mövsümündə bütün yarışlarda “Barselona” üçün 26 oyuna çıxıb, bunlardan 18-də start heyətində yer alıb. Bu müddətdə o, 21 qol hadisəsində iştirak edib — 10 qol vurub, 11 qol ötürməsi edib. Yalnız Lamine Yamal (12 qol, 12 assist) bu mövsüm Blauqranada daha çox məhsuldarlıq göstərib.
Fermin Lopez və Lamin Yamal Avropanın top 5 liqasından həm qol, həm də assist baxımından iki rəqəmli göstəriciyə bu mövsüm çatan dörd futbolçudan ikisidir. Digər ikisi “Bayern Münhen”də oynayır — Luis Diaz (14 qol, 11 assist) və Maykl Olise (16 qol, 20 assist).
© Copyright 2026, All Rights Reserved