FIFA-nın "Futbol hamı üçündür" sözləri yalan çıxdı - TRAMPDAN ŞOK QƏRAR
ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu dayandırmağa qərar verib.
90plus.az xəbər verir ki, bu barədə “Fox News” xəbər yayıb. Dünya Çempionatına cəmi 6 ay qalmış verilən bu qərar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Nəşrin bildirdiyinə görə, viza verilməsi dayandırılacaq ölkələr siyahısına Rusiya, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və digər dövlətlər daxildir. Dayandırma prosesi yanvarın 21-dən başlayacaq və Dövlət Departamenti viza müraciətlərinin qiymətləndirilməsi mexanizmini yenidən nəzərdən keçirənədək qeyri-müəyyən müddət üçün qüvvədə qalacaq.
Qərarın əsas məqsədi ölkəyə daxil olduqdan sonra dövlətin sosial dəstəyinə ehtiyacı ola biləcək şəxslərin qəbul edilməməsidir. Bu zaman bir neçə amil nəzərə alınır: sağlamlıq vəziyyəti, yaş, ingilis dili biliyi, maliyyə durumu və uzunmüddətli tibbi yardıma ehtiyac ehtimalı.
Xatırlatma: Futbol üzrə 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində üç ölkədə — ABŞ, Kanada və Meksikada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved