"Fənərbağça" Avropa Liqası matçına 8 itki ilə çıxacaq
“Fənərbağça” UEFA Avropa Liqasının Liqa mərhələsində 8-ci turun oyununda səfərdə FKSB ilə üz-üzə gələcək.
90plus.az xəbər verir ki, İstanbul klubu əsas mərhələnin son qarşılaşmasına ciddi heyət itkiləri ilə çıxacaq. Müxtəlif səbəblərdən 8 futbolçu Rumıniya səfərində komandaya kömək edə bilməyəcək.
Müdafiəçilər Arçi Braun və Levent Mercan, yarımmüdafiəçi Edson Alvares, həmçinin hücumçu Con Duran zədə səbəbindən oyunu buraxacaqlar. Komandanın kapitanı Milan Şkrinyar cəzalı olduğu üçün meydana çıxmayacaq. Yeni transferlər olan Antoni Musaba, Matteo Qenduzi və qapıçı Mert Günok isə qaydalara uyğun olaraq bu matçda iştirak edə bilməyəcəklər.
FKSB – “Fənərbağça” oyunu yanvarın 29-dan 30-na keçən gecə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved