"Fənərbağça" Dünya çempionuna "elçi düşdü"
“Fənərbağça” transfer çalışmalarını davam etdirərək heyətinə tanınmış futbolçunu qatmaq niyyətindədir.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda forma geyinən Nqolo Kante üçün rəsmi müraciət edib.
Bildirilir ki, 34 yaşlı fransalı dayaq yarımmüdafiəçisi “sarı-göylər”dən gələn təklifə müsbət münasibət göstərir və onu nəzərdən keçirməyə hazırdır.
Xatırlatma: Kante 2023-cü ildə “Çelsi”dən azad agent kimi Səudiyyə klubuna transfer olunub. O, “Əl-İttihad”ın heyətində 100 matçda iştirak edib, 9 qol vurub və 10 məhsuldar ötürmə ilə fərqlənib. Futbolçunun mövcud müqaviləsi bu yay başa çatır.
© Copyright 2026, All Rights Reserved