"Fənərbağça" evində ingilislərə uduzdu
“Fənərbağça” evdə “Aston Villa”ya məğlub oldu
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 7-ci turu çərçivəsində "Fənərbağça" doğma meydanda "Aston Villa"nı qəbul edib. "Çobani Stadionu"nda keçirilən qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın taleyini 25-ci dəqiqədə Ceydon Sançonun vurduğu qol həll edib. Bu qoldan sonra hesab dəyişməyib və "Aston Villa" İstanbuldan üç xalla ayrılıb.
Bu məğlubiyyətdən sonra "Fənərbağça"nın xalı 11-də qalıb və İstanbul təmsilçisi turnirin ilk 8-liyinə yüksəlmək ümidlərini son tura saxlayıb. Qonaq komanda "Aston Villa" isə xalını 18-ə çatdıraraq mövqeyini daha da möhkəmləndirib.
"Aston Villa"nın qoluna bu cümləyə klik edərək keçid edin
© Copyright 2026, All Rights Reserved