"Fənərbağça" hücumçusunu İstanbul klubuna satdı
Türkiyənin "Fənərbağça" klubunda ayrılıq baş verib.
90plus.az xəbər verir ki, Super Liqa təmsilçisi Cenk Tosunla yollarını ayırıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Türkiyə millisinin üzvü ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. 34 yaşlı forvardın yaxın zamanda "Kasımpaşa"ya keçəcəyi gözlənilir.
Qeyd: Cenk Tosun "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan kənarlaşdırılmışdı.
© Copyright 2026, All Rights Reserved