Formula-1: 3 nəfər kənarlaşdırıldı, Piastri qalib oldu
Formula-1-in Çin mərhələsində maraqlı anlar yaşanıb.
90plus.az xəbər verir ki, Şarl Lekler avtomobilin çəkisi standartlara uyğun olmadığı üçün, Xemilton isə sürüşmə taxtasının həddindən artıq aşınması səbəbindən yarışdan uzaqlaşdırılıb.
Bundan əlavə, fransız pilot Pyer Qasli də avtomobilinin çəkisinin tələb olunan şərtlərə cavab vermədiyinə görə diskvalifikasiya edilib.
Lekler 5-ci, Xemilton 6-cı, Qasli isə 11-ci pillədə qərarlaşıb. Yarış bazar günü keçirilib və qalib "McLaren" komandasının avstraliyalı sürücüsü Oskar Piastri olub.
© Copyright 2026, All Rights Reserved