Futbolda daha bir avtoqəza - Bu dəfə "Beşiktaş"da...
“Beşiktaş”ın nigeriyalı futbolçusu Vilfred Ndidi ağır itki ilə üzləşib. 29 yaşlı yarımmüdafiəçinin atası Sande Ndidi yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
90plus.az xəbər verir ki, klub bu acı xəbəri rəsmi açıqlama ilə təsdiqləyib. “Beşiktaş”ın yaydığı bəyanatda bildirilib:
“Futbolçumuz Vilfred Ndidinin dəyərli atası Sande Ndidinin faciəvi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini böyük kədərlə öyrənmişik.
Mərhuma Allahdan rəhmət; futbolçumuz Vilfred Ndidiyə, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.”
Mövsümün əvvəlində “Beşiktaş” heyətinə qatılan Vilfred Ndidi bu çətin gündə komandanın və futbol ictimaiyyətinin dəstəyini alıb. Klub və azarkeşlər futbolçunun ailəsinə başsağlığı mesajlarını davam etdirir.
© Copyright 2026, All Rights Reserved