Günün oyunu: “Beşiktaş – Kayserispor”
Günün oyunu: “Beşiktaş – Kayserispor”
Bu gün Türkiyə Super Liqasında 18-ci turun maraqlı qarşılaşmalarından biri keçiriləcək.
90plus.az xəbər verir ki, “Beşiktaş” mövsümün ikinci yarısında ilk oyununa çıxaraq doğma meydanda “Kayserispor”u qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
"Qara-ağlar" ikinci dövrəyə qələbə ilə başlamağı hədəfləyir. “Beşiktaş” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
“Kayserispor” isə mövsümün ilk yarısında stabil çıxışı ilə seçilməyib. Sarı-qırmızılılar turun startına 16-cı yerdə daxil olub.
Statistikaya görə, “Beşiktaş” rəqibinə qarşı son illərdə ciddi üstünlüyə malikdir. İstanbul təmsilçisi “Kayserispor”la liqada oynadığı son 11 qarşılaşmada məğlub olmayıb. "Qara Qartallar" bu müddətdə 10 qələbə və 1 heç-heçə əldə edib. Ümumilikdə tərəflər arasındakı oyunlarda “Beşiktaş” 103, “Kayserispor” isə 54 qol vurub. Son dəfə 2020-ci ildə uduzan İstanbul klubu o vaxtdan bəri rəqibinə xal vermir.
Mövsümün ilk yarısında Kayseridə keçirilən oyunda “Beşiktaş” 4:0 hesablı inamlı qələbə qazanmışdı.
Qarşılaşma öncəsi “Beşiktaş”da itkilər də var. Uilfrid Ndidi Afrika Millətlər Kubokunda Nigeriya millisində çıxış etdiyi üçün, Tiaqo Jalo isə sarı vərəqə cəzasına görə bu oyunda meydana çıxa bilməyəcək. Bundan əlavə, komandadan ayrılması gözlənilən Rafa Silvanın da matçın heyətinə salınmayacağı bildirilir:
Saat 21:00 Beşiktaş - Kayserispor
TV: Match! Football 3; Sportbox.ru; matchtv.ru; Digiturk Play Turkey; beIN CONNECT Turkey; beIN Sports 1; TOD Turkey.
© Copyright 2026, All Rights Reserved