Hamı bu oyuna boyanmış dırnaqlarla gələcək
"Selta Viqo” azarkeşləri sabah “Rayo Valyekano”ya qarşı keçiriləcək oyuna dırnaqlarını boyayaraq getməyə təşəbbüs göstəriblər. Bu addım komandanın “9” nömrəsi Borxa İqlesiasa dəstək məqsədi daşıyır.
90plus.az xəbər verir ki, buna səbəb futbolçunun ötən turda “Sevilya”nın bir qrup azarkeşi tərəfindən Sançes Pisxuan stadionundan çıxarkən homofob təhqirlərə məruz qalmasıdır.
Hətta klubun prezidenti Marian Mouriño da Borxa İqlesiasa dəstək verib. O, futbolçunun “panda” ləqəbinə işarə olaraq dırnaqlarında panda ayısı rəsmi olan bir video paylaşıb.
Mənbə: elperiodico
Pərdəarxası: Borxa İqlesias dırnaqlarını gender bərabərliyi və LGBTIQ+ icmasına dəstək məqsədilə boyayır və homofobiya ilə açıq şəkildə mübarizə aparır.
Bəzi radikal azarkeşlər isə bu davranışı “gey olmaq”la əlaqələndirərək ona qarşı homofob təhqirlər səsləndiriblər.
© Copyright 2026, All Rights Reserved