Hasan Şaşdan "Qarabağ"la bağlı fikirlər: "Şanslar eynidir"
Türkiyəli mütəxəssis Hasan Şaş Çempionlar Liqasının pley-off mərhələsindəki “Qarabağ” – “Nyukasl” qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, keçmiş futbolçu hər iki komandanın şansının bərabər olduğunu bildirib:
“Nyukasl” ən çətin matçlarını oynayacaq, çünki bu, pley-offdur və 180 dəqiqəlik oyun deməkdir. Hər kəs maksimum gücünü ortaya qoyur. “Qarabağ” çox qaçan və mübarizə aparan komandadır. Bakıdakı qarşılaşma daha çətin keçəcək. Məncə, şanslar eynidir. Bu, liqa oyunu deyil, hər iki tərəf matçı 180 dəqiqəlik oyun kimi görəcək, bəlkə əlavə vaxta da ehtiyac olacaq”.
“Qarabağ” “Nyukasl”la ilk matçını fevralın 18-də Bakıda, cavab qarşılaşmasını isə fevralın 24-də İngiltərədə keçirəcək.
© Copyright 2026, All Rights Reserved