İnfantino ofsayd qaydasında dəyişiklik edəcək
FİFA prezidenti Canni İnfantino ofsayd qaydasında mümkün dəyişikliklərlə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, “World Soccer Talk”un xəbərinə əsasən, Dubayda keçirilən Ümumdünya İdman Sammitində çıxış edən funksioner oyunu daha hücum yönümlü və maraqlı etmək məqsədilə Arsen Vengerin irəli sürdüyü islahatı dəstəklədiyini bildirib.
İnfantino qeyd edib ki, ofsayd qaydası zamanla təkmilləşib: “Gələcəkdə hücumçu yalnız rəqibdən tamamilə öndə olduqda ofsayda düşmüş sayılacaq”.
Xatırlatma: Bu sistemin ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatında tətbiq olunacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved