İspaniya Superkuboku: Finalda El Klassiko olacaq
Madrid derbisini “Real” qazandı! Bazar günü İspaniya Superkuboku uğrunda “Barselona - Real Madrid” qarşılaşması olacaq.
90plus.az xəbər verir ki, İspaniya Superkubokunun yarımfinalında 13 dəfə Superkubokun qalibi olmuş madridlilər qalib gəlib bazar günü keçiriləcək finala yüksəldilər.
Ciddədə (Səudiyyə Ərəbistanı) baş tutan yarımfinal oyununda Kilian Mbappesiz çıxış edən Xabi Alonsonun komandası qələbə üçün xeyli əziyyət çəkməli oldu. Rodriqo və Vinisius Junior (son 16 oyunda qol vura bilməyən) hər iki hissədə qol imkanları əldə etsələr də, sonda “Real” üstünlüyünü qorumağa məcbur qaldı:
Atletiko Madrid 1 - 2 Real Madrid
F.Valverde 2'
Rodriqo 55'
A. Sörlot 58
Qollar:
https://t.me/doxsanplus/113163
https://t.me/doxsanplus/113164
https://t.me/doxsanplus/113165
Bu qələbə onlara mövsümün ikinci El Klasikosunu qazanmaq şansı verdi. Madridlilər oktyabrda “Santyaqo Bernabeu”da “Barselona”nı 2:1 hesabı ilə məğlub etmişdilər.
Hansi Flikin komandası isə çərşənbə günü ilk yarımfinalda “Atletik Klub”u 5:0 hesabı ilə darmadağın edərək finala yüksəlmişdi.
Qeyd: İspaniya Superkuboku Səudiyyə Ərəbistanı ilə İspaniya Futbol Federasiyası (RFEF) arasında əldə olunan razılaşmaya əsasən 2029-cu ilə qədər Ciddədə keçiriləcək.
© Copyright 2026, All Rights Reserved