İstanbul klubunda baş məşqçi ayrılığı yaşandı
Türkiyə Super Liqası təmsilçilərindən “Eyüpspor”da baş məşqçi dəyişikliyi baş verib. Klub Orxan Ak ilə yolların ayrıldığını rəsmi şəkildə açıqlayıb.
90plus.az xəbər verir ki., “Eyüpspor”un yaydığı bəyanatda bildirilib:
“Baş məşqçimiz Orxan Ak ilə aparılan danışıqların ardından qarşılıqlı razılaşma əsasında yolların ayrılmasına qərar verilmişdir. Klubumuza göstərdiyi xidmətlərə görə ona təşəkkür edir, bundan sonrakı karyerasında uğurlar arzulayırıq.”
“Eyüpspor” son olaraq Super Liqanın 17-ci turunda doğma meydanda “Fənərbağça”ya 0:3 hesabı ilə məğlub olmuşdu. İkinci dövr başlamamış bu ayrılıq reallaşıb.
“Eyüpspor” mövsümə Selçuk Şahinlə başlamışdı. İyul ayında müqavilə imzalanan Şahinlə oktyabr ayında yollar ayrılmışdı. Onun yerinə gətirilən Orxan Ak isə təxminən 3 ay sonra komandadan göndərilib.
Orxan Ak “Eyüpspor”un sükanı arxasında ümumilikdə 11 oyuna çıxıb. Bu görüşlərdə komanda 3 qələbə, 2 heç-heçə və 6 məğlubiyyət alaraq oyun başına 1 xal ortalaması əldə edib.
Beləliklə, “Eyüpspor”da mövsüm ərzində ikinci baş məşqçi ayrılığı qeydə alınıb.
© Copyright 2026, All Rights Reserved