"Kəpəz" "Şamaxı"ya məğlub oldu
Azərbaycan Premyer Liqasının XVIII turunda "Kəpəz" komandası "Şamaxı"ya uduzub.
90plus.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyunda qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.
“Şamaxı”nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda xallarını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Kəpəz" isə 12 xalla 11-ci sırada qərarlaşıb.
Qeyd: Turun açılış oyununda "Sumqayıt" "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub edib. XVIII tur fevralın 1-də tamamlanacaq.
© Copyright 2026, All Rights Reserved