Lamin Yamal "Barselona"da "yoxa çıxdı" - Oynaya biləcəkmi...
Lamin Yamal “Barselona”nın Ciddədə yerləşən Kral Abdulla adına stadionda “Atletik”lə oyun öncəsi keçirdiyi məşqdə iştirak etməyib.
90plus.az xəbər verir ki, gənc vinger bundan əvvəl də şənbə günü “Espanyol”la görüşə iki gün qalmış məşqi buraxmışdı (2:0). Həmin matçda isə Yamal meydana çıxmışdı.
Klub futbolçunun məşqdə olmamasının səbəbi ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd olunur ki, Lamin fərdi proqram üzrə zalda çalışıb və bu durum onun oyunda iştirakına problem yaratmayacaq.
“Barselona” və “Atletik” sabah İspaniya Superkubokunun yarımfinalında üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved