LeBron Ceyms "All-Star" barədə danışdı: “Heç vecimə deyil”
NBA-nın ən önəmli ulduzları arasında yer alan LeBron Ceyms 20 il ərzində "All-Star" tədbirinin əsas simalarından biri olub.
90plus.az xəbər verir ki, hazırda 41 yaşında olmasına baxmayaraq, aktiv karyerasını davam etdirən amerikalı forvard bu il keçiriləcək "All-Star" oyununda ilk beşlikdə yer almaması ilə diqqət çəkib və mövzu ilə bağlı ilk dəfə açıqlama verib.
"Los-Anceles Leykers" ulduzu LeBron Ceymsin gələn ay baş tutacaq "All-Star" tədbirində start beşliyinə düşməməsi basketbol ictimaiyyətində böyük sürpriz yaradıb. Son 21 mövsüm ərzində "All-Star" həftəsonunun dəyişməz iştirakçısı olan əfsanəvi oyunçu bu vəziyyətdən narahat olmadığını açıq şəkildə bildirib.
Məsələ ilə bağlı sualı cavablandıran LeBron olduqca sakit və təmkinli danışıb.
“HEÇ VECİMƏ DEYİL”
LeBron Ceyms açıqlamasında bunları deyib:
“Xeyr, heç vecimə deyil. Mən hər zaman minnətdaram, həqiqətən minnətdaram. Əgər oradayamsa, tribunada olaram. Əgər orada deyiləmsə, bu vəziyyətdən də maksimum şəkildə faydalanacağımı bilirəm. Nə edəcəyimi çox yaxşı bilirəm. Hər iki halda mənim üçün problem yoxdur”.
Təcrübəli basketbolçunun bu sözləri onun karyerasının bu mərhələsində fərdi nailiyyətlərdən çox oyundan zövq almağa fokuslandığını bir daha göstərmiş oldu.
© Copyright 2026, All Rights Reserved