Levandovskidən təqaüd açıqlaması: "Qorxmuram"
İspaniya nəhəngi “Barselona”nın formasını geyinən Robert Levandovski gələcəyi ilə bağlı açıqlamalar verib. 37 yaşlı hücumçu futbol karyerasının sonu və mümkün təqaüd qərarı barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, polşalı qolçu bildirib ki, karyerasının başa çatmasından qorxmur:
“Futbol karyerimin sona çatmasından çəkinmirəm, çünki buna artıq hazırlaşmağa başlamışam. Futboldan sonrakı həyatım üçün planlar qururam. Futbol həyatımın çox vacib hissəsi olub, amma bütün həyatım deyil, xüsusilə də indi.”
Təqaüd mövzusu gündəmdədir
Robert Levandovski etiraf edib ki, gənclik illərində bu barədə düşünmürdü:
“Əvvəllər yalnız futbol haqqında düşünürdüm. Amma indi karyeramın sonuna yaxınlaşdığımı anlayıram. Neçə ilim qaldığını bilmirəm, lakin üzərimdə heç bir təzyiq hiss etmirəm.”
Təcrübəli hücumçu əlavə edib ki, bədənindən gələn siqnallara qulaq asacaq:
“Bir gün bədənimi dinləyib nələrinsə dəyişdiyini hiss etsəm, təqaüdə çıxmağa hazır olacağam.”
Robert Levandovski bu mövsüm “Barselona” forması ilə 19 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved