Lionel Messi məşqçi olmayacaq
Lionel Messi gələcək planlarından danışdı: “Məşqçi olmaq istəmirəm”.
90plus.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi ABŞ-da, Mayami şəhərində jurnalistlər Nikola Okkiato və Dieqo Leukoya müsahibə verib. Ulduz futbolçu karyerasını başa vurduqdan sonrakı planları ilə bağlı maraqlı açıqlamalar edib.
Messi bildirib ki, özünü gələcəkdə məşqçi kimi görmür:
“Açığı, özümü məşqçi rolunda təsəvvür etmirəm”.
Dünya çempionu futbolçu daha çox idarəçilik tərəfinə maraq göstərdiyini vurğulayıb:
“İdman direktoru olmaq ideyası mənə daha maraqlıdır. Amma əgər üç variantdan birini seçməli olsam, ən çox istədiyim klub sahibi olmaqdır”.
Messi əlavə edib ki, məqsədi sıfırdan bir layihə qurmaqdır:
"Öz klubumun olmasını istərdim. Bir klubu inkişaf etdirmək, aşağıdan başlamaq, uşaqlara və insanlara böyümək şansı vermək, sonda isə vacib və böyük bir klub qurmaq”
Qeyd: Lionel Messi hazırda MLS-də “İnter Mayami”nin formasını geyinir.
© Copyright 2026, All Rights Reserved