“Lion”un hücumçusu Endrik: “Kristiano Ronaldo mənim bir nömrəmdir”
“Real Madrid”dən icarə əsasında Fransanın “Lion” klubunda çıxış edən Endrik futbol dünyasındakı ən böyük idealının adını açıqlayıb.
90plus.az xəbər verir ki, Braziliyalı hücumçu “Əl-Nəsr”in və “Real Madrid”in əfsanəsi Kristiano Ronaldonu xüsusi vurğulayıb.
Endrikin sözlərinə görə, portuqaliyalı ulduzun ən çox ilham verdiyi cəhət onun uzun karyerasıdır:
“Kristiano Ronaldo mənim bir nömrəli idealımdır. Ən çox heyran olduğum məqam odur ki, 40 yaşında olmasına baxmayaraq, hamıdan daha çox çalışan futbolçudur”.
Gənc forvard Ronaldonun hələ də yüksək səviyyədə oynaya biləcəyini bildirib:
“O, karyerasını bitirməyə yaxındır, amma yenə də uzun illər futbol oynaya biləcək gücdədir. Ümid edirəm ki, bunu edər”.
Endrik həmçinin dünya çempionatında Kristiano Ronaldo ilə qarşılaşmağın onun üçün xüsusi an olacağını qeyd edib:
“Dünya çempionatında Kristiano Ronaldo ilə oynamaq? Bu möhtəşəm olardı. Ümid edirəm ki, bu baş verər və qalib gələn tərəf biz olarıq”.
© Copyright 2026, All Rights Reserved