"Liverpul" "Qarabağ"ın qarşısına bu futbolçular olmadan çıxacaq
“Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda Azərbaycan təmsilçisi “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq.
90plus.az xəbər verir ki, mersisaydlılar bu qarşılaşmada zədələr səbəbindən Co Qomes, Aleksander İsak, Konor Bredli və Covanni Leoninin xidmətlərindən yararlana bilməyəcək. Federiko Kyezanın matçda iştirakı hələlik sual altındadır, lakin onun meydana çıxma ehtimalının yüksək olduğu bildirilir. Bundan əlavə, İbrahim Konate də heyətdə yer almayacaq. Fransalı müdafiəçinin atasının ötən həftə vəfat etməsi səbəbindən baş məşqçi ailəvi vəziyyəti nəzərə alaraq ona icazə verib.
Xatırlatma: “Liverpul” – “Qarabağ” görüşü yanvarın 28-də Bakı vaxtı ilə saat 00:00-da “Enfild Road” stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved