"Liverpul"un futbolçusu: "Bizi "Qarabağ"la çətin oyun gözləyir"
“Liverpul”un müdafiəçisi Ceremi Frimponq UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
90plus.az xəbər verir ki, niderlandlı futbolçu 1/8 finala yüksəlmək baxımından bu qarşılaşmada qələbənin böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Çempionlar Liqası bizim üçün prioritet turnirdir. Bəzən oyunda istədiyimiz kimi alınmayan məqamlar olur, amma hər qarşılaşmada sona qədər mübarizə aparırıq. Turnir cədvəlində mövqeyimiz kifayət qədər yaxşıdır. Sabah qazanacağımız qələbə bizi birbaşa 1/8 final mərhələsinə çıxara bilər”.
Frimponq “Bayer”də forma geyindiyi dövrdə “Qarabağ”a qarşı keçirdikləri matçları da xatırladıb. 25 yaşlı sağ cinah müdafiəçisi Azərbaycan klubunun Çempionlar Liqası səviyyəsində komanda olduğunu qeyd edib:
“Çox gərgin oyunlar olmuşdu. Rəqib bəzi məqamlarda hesabda 2:0, hətta 3:0 irəlidə idi, lakin biz geri dönüş etməyə nail olduq. Bu da onların gücünü göstərir. ‘Qarabağ’ həqiqətən Çempionlar Liqası səviyyəsində komandadır. Asan qarşılaşma gözlənilmir, buna görə də yaxşı hazırlaşmalıyıq”.
© Copyright 2026, All Rights Reserved