Luçesko xəstəxanaya yerləşdirildi - Vəziyyəti pisləşdi
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku Buxarestdə xəstəxanaya yerləşdirilib.
90plus.az xəbər verir ki, 80 yaşlı mütəxəssisin səhhətində ciddi problemlər var. Yanvarın əvvəlində ürəyində yaranmış çətinliklər soyuqdəymə səbəbilə daha da ağırlaşıb.
Luçesku Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. O, milliyə namizədləri izləmək üçün Türkiyəyə getməyi planlaşdırsa da, hazırda xəstəxanada müalicə olunur və durumunun ağır olduğu bildirilib.
Qeyd: M.Luçesku indiyədək biri ürək olmaqla 3 əməliyyat keçirib. 2024-cü ildən Rumıniya millisi mart ayında DÇ-2026-nın final mərhələsinə vəsiqə verən pley-off matçında Türkiyə yığması ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved