“Man Yunayted” “Lids”ə uduzdu
"Mançester Yunayted 1-2 Lids Yunayted": Okaforun dublu, Martinesin qırmızı vərəqəsi ilə şok nəticə!
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 32-ci turunda qonaqların qəhrəmanı Noa Okafor iki qol vuraraq komandasına vacib qələbə qazandırıb.
Matçın gedişi
Oyun sürətli başlayıb və “Lids Yunayted” erkən qola sevinib. Noa Okafor 5-ci dəqiqədə hesabı açıb, 29-cu dəqiqədə isə dublunu rəsmiləşdirərək fərqi iki topa çıxarıb.
“Mançester Yunayted” ikinci hissədə təzyiqi artırıb və Kazemiro 69-cu dəqiqədə fərqi azaldaraq komandasını oyunda saxlayıb. Lakin bu qol nəticəni dəyişməyib.
Matçın həlledici anı
Oyunun dönüş nöqtəsi 56-cı dəqiqədə baş verib. Lisandro Martines Premyer Liqa karyerasında ilk dəfə qırmızı vərəqə alıb. O, Dominik Kalvert-Lyuinin saçını dartdığı üçün aqressiv davranışa görə meydandan qovulub. Bu epizoddan sonra “Mançester Yunayted” uzun müddət azlıqda oynayıb:
Mançester Yunayted 1 - 2 Lids Yunayted
N. Okafor 5’ 29’
Kazemiro 69’
Qollar: https://t.me/doxsanplus/116280
Turnir vəziyyəti
Bu nəticədən sonra “Mançester Yunayted” turnir cədvəlində 3-cü pillədə qalır. “Lids Yunayted” isə 15-ci sıradadır.
© Copyright 2026, All Rights Reserved