Mbappe 3 həftəlik sıradan çıxdı
Kilian Mbappe məşq zamanı aldığı zədə səbəbindən üç həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
90plus.az xəbər verir ki, Mbappe bu həftə “Real Madrid”lə məşqlərdə yaxşı təsir bağışlayırdı, lakin məşqlərdən birində dizindən zədə alıb.
Fransalı futbolçu həmin diz problemindən bir müddətdir əziyyət çəkirdi və bu səbəbdən Çempionlar Liqasında “Real Madrid”in “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətlə başa çatan oyununu buraxmalı olmuşdu.
Bu gün - dekabrın 31-də aparılan MRT müayinəsi Mbappenin tam bərpası üçün bir neçə həftəyə ehtiyac olduğunu təsdiqləyib.
Bu zədə səbəbindən Mbappenin İspaniya Superkubokunda da meydana çıxmayacağı ehtimalı böyükdür.
Qeyd: Fransalı hücumçu bu mövsüm “Real Madrid”in ən məhsuldar futbolçusudur — 24 oyunda 29 qol.
© Copyright 2026, All Rights Reserved