Mbappe Superkubokda oynamayacaq
“Real Madrid" Superkuboka Mbappesiz yollanır.
90plus.az xəbər verir ki, “Real” İspaniya Superkuboku üçün yekun heyətini açıqlayıb. Madrid klubunun siyahısında komandanın əsas hücum güclərindən olan Kilian Mbappe yer almayıb.
Klubdan verilən məlumata əsasən, fransalı futbolçu zədəsini tam sağalda bilmədiyi üçün turnirdə iştirak etməyəcək. Mbappenin sıradan çıxdığı hələ ötən ilin son günlərində rəsmən təsdiqlənmişdi. Baş məşqçi Xabi Alonso Superkubok oyunlarına qədər futbolçunun bərpa olunacağına ümid etdiyini desə də, tibbi heyətin qərarı fərqli olub.
Bununla belə, “kral klubu” turnirə iddialı heyətlə qatılmağı planlaşdırır və yarımfinal mərhələsində prinsipial rəqib olan “Atletiko” ilə qarşılaşacaq. Madrid derbisi yanvarın 8-də keçiriləcək.
Qeyd: Mbappenin yoxluğu “Real”ın hücum xəttində rotasiyalara səbəb olacaq və Xabi Alonsonun bu oyunda hansı seçimlər edəcəyi maraqla gözlənilir.
© Copyright 2026, All Rights Reserved