Mourinyo "Real Madrid"ə gəlir - SENSASİYA
İspaniyanın “Real Madrid” klubunda baş məşqçi postu ilə bağlı maraqlı iddialar gündəmə gəlib.
90plus.az xəbər verir ki, Xabi Alonsonun komandadan ayrılmasından sonra Madrid təmsilçisinin sükanı arxasına müvəqqəti olaraq Álvaro Arbeloa gətirilib. Bu təyinatdan sonra isə “Real Madrid”də Joze Mourinyonun ikinci dönəminin başlaya biləcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
İspan mətbuatında yer alan xəbərlərə görə, Arbeloanın baş məşqçi postuna gətirilməsi portuqaliyalı mütəxəssisin kluba mümkün qayıdışı ilə əlaqələndirilir. Qeyd olunur ki, Arbeloa futbolçu karyerası dövründə 2010–2013-cü illərdə “Real Madrid”də məhz Mourinyonun rəhbərliyi altında çıxış edib və onun əsas dəstəkçilərindən biri olub.
Hazırda “Benfika”nı çalışdıran Joze Mourinyonun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edərkən, “Real Madrid”in 28 yanvarda UEFA Çempionlar Liqasında məhz Portuqaliya təmsilçisi ilə qarşılaşacaq olması diqqət çəkir. Bu görüş mümkün “tale oyunu” kimi dəyərləndirilir.
Bundan əlavə, “Real Madrid” Portuqaliya çempionatında və avrokuboklarda iddialı çıxışını davam etdirən “Benfika” ilə oyunda qalib gələrək Çempionlar Liqasında ilk 8-likdə yer almağı və birbaşa 1/8 final mərhələsinə yüksəlməyi hədəfləyir.
Joze Mourinyonun “Real Madrid”ə mümkün qayıdışı ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, bu ehtimal futbol ictimaiyyətində böyük maraq doğurub.
© Copyright 2026, All Rights Reserved