Məşhur azarkeşə “Prezident hədiyyəsi”
AFCON 2025 zamanı tribunada Patris Lumumbaya həsr olunmuş ehtiram çıxışı ilə tanınan Mişel Kuka Mboladinqa Afrikada böyük rəğbət qazanıb.
90plus.az xəbər verir ki, bu jestdən sonra o, KDR prezidenti Feliks Çisekedidən üzərində “CADEAU DU PRÉSIDENT” yazısı ("Prezidentin hədiyyəsi") olan lüks Jeep hədiyyə alıb.
Prezidentlə təkbətək görüş də planlaşdırılıb
Hadisə Afrikada futbolun təkcə idman yox, tarix, kimlik və kollektiv yaddaşın platforması olduğunu bir daha göstərdi.
© Copyright 2026, All Rights Reserved