Məşhur boksçu rinqlərə geri dönür - ÖZÜ AÇIQLADI
Keçmiş dünya ağır çəkili boks çempionu Tayson Fyuri karyerasını bərpa edəcəyini açıqlayıb.
90plus.az xəbər verir ki, Böyük Britaniyalı boksçu İnstagram hesabında paylaşım edərək rinqlərə qayıdacağını elan edib. Fyuri paylaşımında belə deyib:
“2026 — o il gəldi. ‘Mak’ın dönüşü. Bir müddət uzaq idim, amma indi geri döndüm. 37 yaşım var və hələ də yumruq atıram. İnsanların üzünə yumruq vurub bunun müqabilində pul almaqdan daha yaxşı bir şey yoxdur.”
Tayson Fyuri 2024-cü ilin dekabrında ukraynalı Oleksandr Usıkla keçirdiyi revanş döyüşündə ikinci dəfə məğlub olmuşdu. Bu qarşılaşmadan təxminən bir ay sonra isə karyerasını başa vurduğunu açıqlamışdı.
37 yaşlı boksçu ikiqat ağır çəkili dünya çempionudur. Fyuri bu titulu ilk dəfə 2015-ci ildə ukraynalı Vladimir Kliçkonu məğlub edərək qazanmışdı.
Tayson Fyurinin ringlərə qayıdışı boks dünyasında böyük maraqla qarşılanır.
© Copyright 2026, All Rights Reserved