Məşhur türk güləşçi yarışlardan uzaqlaşdırıldı
Türkiyəli tanınmış güləşçi Rıza Kayaalp 4 il müddətinə yarışlardan uzaqlaşdırılıb.
90plus.az xəbər verir ki, bu qərarı İdman Arbitraj Məhkəməsi (CAS) verib.
Onun cəzalandırılmasına səbəb qadağan olunmuş maddələrdən istifadə etməsi olub. İdmançı güc artıran preparatlar qəbul edib.
Rıza Kayaalp açıqlamasında isə mübarizəni davam etdirmək niyyətində olduğunu deyib: “Karyeramı başa vurmuşam, lakin görünən odur ki, mənimlə mübarizə aparmaq istəyənlər var. Qəbul etdiyim dərmanlar yalnız ağrılarımı azaltmağa yönəlib. Müalicə aldığım müddətdə onlardan istifadə etmişəm. Dünya Güləş Birliyi uğurlu karyeramı ləkələməyə çalışır, amma mən bu məsələdə hüquqi mübarizə aparacağam”.
Qeyd: Rıza Kayaalp 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olub. O, Yay Olimpiya Oyunlarında isə üç dəfə medal qazanıb (1 dəfə gümüş, 2 dəfə bürünc).
© Copyright 2026, All Rights Reserved