NBA Kubokunda yarımfinal cütlükləri müəyyənləşdi
NBA Kubokunda həyəcan bu gecə oynanan iki 1/4 final matçı ilə davam edib.
“San-Antonio Spörs” səfərdə qarşılaşdığı “Los-Anceles Leykers”i 132–119 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Komandada Stefon Kasl 30 xal, 10 ribaundla double-double, De'Aaron Foks 20 xal, Keldon Conson isə 17 xal ilə çıxış edib.
“Leykers”də Luka Donçiç 35 xal, Markus Smart 26 xal, Lebron Ceyms isə 19 xal, 15 ribaundla oyunu tamamlayıb.
“Oklahoma Siti Tander” evdə qarşılaşdığı “Finiks Sans”ı 138–89 hesabı ilə böyük fərqlə məğlub edərək yarımfinala yüksəlib.
Komandada Şey Cilcus-Aleksandr 28 xal, Çet Holmgren 24 xal, Ceylen Uilyams isə 15 xal ilə ön plana çıxıb.
“Finiks Sans”da Dillon Bruks 16 xal, Jordan Gudvin 15 xal, Camari Buyea isə 14 xal ilə oynayıb.
Bu nəticələrdən sonra yarımfinalda:
“San-Antonio Spörs” – “Oklahoma Siti Tander”
© Copyright 2025, All Rights Reserved