"Neftçi" Çin klubunu uddu
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesini davam etdirən “Neftçi” komandası bu gün son yoxlama görüşünə çıxıb.
90plus.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Çinin “Çenqdu Ronqçenq” komandası ilə qarşılaşıb. Oyun “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı klubunun heyətində fərqlənən futbolçular Andrey Ştoqrin, İqor Ribeyro və Bassala Sambu olub.
Xatırlatma: “Neftçi” Əbu-Dabidə bundan əvvəl iki yoxlama matçı keçirib. Paytaxt təmsilçisi Qazaxıstanın “Karyat” klubunu 3:0 hesabı ilə məğlub edib, Misirin “Piramids” komandası ilə isə 1:1 hesablı heç-heçə edib.
© Copyright 2026, All Rights Reserved