“Neftçi” Vernidubla məğlubiyyət üzü görmür – “Araz” darmadağın edildi
“Neftçi”də Yuri Vernidubun gəlişindən sonra komanda məğlubiyyət üzü görmür. Paytaxt təmsilçisi yeni baş məşqçi ilə keçirdiyi 4 oyunda 2 qələbə və 2 heç-heçə əldə edib.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi” bu gün Naxçıvan təmsilçisi “Araz”ın qonağı olub və rəqibini böyük hesabla məğlub edib – 0:4.
Görüşdə hesabı 4-cü dəqiqədə İvan Ribeyro açıb. İlk hissənin sonlarına yaxın, 40-cı dəqiqədə B. Sambu fərqi iki topa çatdırıb. Oyunun son hissəsində isə “ağ-qaralar” üstünlüyünü tam şəkildə ortaya qoyub. 84-cü dəqiqədə A. Curci, matçın əlavə olunmuş dəqiqələrində (90+2) isə Abubakar adını tabloya yazdırıb.
Bu qələbə ilə “Neftçi” Vernidub rəhbərliyi altında uğurlu seriyanı davam etdirərək turnir cədvəlində mövqeyini daha da möhkəmləndirib.
© Copyright 2026, All Rights Reserved