Okan Buruka Mourinyo ilə bağlı sual!
Bu gün "Qalatasaray"la 2 illik yeni müqavilə imzalayan Okan Burukun mətbuat konfransında maraqlı anlar yaşanıb.
90plus.az xəbər verir ki, Okan Buruka əzəli rəqibin yeni baş məşqçisi Mourinyo ilə bağlı sual gəlib:
Jurnalist: "Ardıcıl iki il çempionluq əldə etdiniz. Əzəli rəqibiniz "Fənərbağça" transfer həyata keçirdi. Joze Mourinyo liqamıza qatıldı. Bu transferin reallaşmasında sizin də payınız olduğunu düşünürsünüz?"
Okan Buruk:"Mən danışıqlarda yox idim. Payım olduğunu düşünmürəm".
Okan Burukun cavabından sonra "Qalatasaray" klubunun prezidenti Dursun Özbek "məncə, var" deyərək müdaxilə edib.
Qeyd:”Qalatasaray" bu gün baş məşqçisi Okan Burukla 2 illik yeni müqavilə imzaladı.
Mənbə: Ntv Spor
© Copyright 2026, All Rights Reserved