Robert Levandovskini İtaliya A Seriyası klubları istəyir
“Milan” klubunun yayda “Barselona”nın hücumçusu Robert Levandovskini azad agent kimi transfer etmək yarışından geri çəkildiyi bildirilir.
90plus.az xəbər verir ki, polşalı forvardla bağlı “Milan”ın marağı haqqında şayiələr geniş yayılmışdı. Klubun idman direktoru İqli Tare də “Barselona”nın ulduzunun agenti Pini Zahavi ilə İtaliyada mümkün transferi müzakirə etmişdi.
Lakin “Milan” rəhbərliyi bu keçidə o qədər də inanmır və klubun icraçı direktoru Corco Furlani Levandovskinin transferini faktiki olaraq istisna edib.
37 yaşlı hücumçu ilə “Yuventus” da əlaqələndirilir. Bu arada “Barselona” isə ona maaşı azaldılmış qısa müddətli yeni müqavilə təklif edib. Leva isə buna razı deyil.
© Copyright 2026, All Rights Reserved