Oyundan sonra verilən suallar Amorimi əsəbləşdirdi - DETALLAR..
“Mançester Yunayted”də vəziyyət gərgin olaraq qalır. “Qırmızı Şeytanlar” Premyer Liqanın 20-ci turunda əzəli rəqiblərindən olan “Lids Yunayted”lə səfərdə 1:1 hesablı heç-heçə edərək çempionluq yarışında vacib xal itkisi yaşayıb.
90plus.az xəbər verir ki, qarşılaşmadan sonra isə bütün diqqətlər postu təhlükə altında olan baş məşqçi Ruben Amorimə yönəlib.
“Elland Roud” stadionunda keçirilən gərgin oyunda hesab 62-ci dəqiqədə meydan sahiblərindən Brenden Aaronsonun qolu ilə açılıb. Buraxılan qoldan dərhal sonra reaksiya verən “Mançester Yunayted” cəmi 3 dəqiqə sonra yay transfer dövrünün diqqətçəkən transferi Mateus Kunyanın qolu ilə tarazlığı bərpa edib. Qalan dəqiqələrdə hesab dəyişmədiyi üçün tərəflər meydanı bir xalla tərk edib.
Son həftələr qeyri-sabit nəticələrə görə tənqidlərin mərkəzində olan Ruben Amorim matçdan sonra keçirilən mətbuat konfransında verilən suallara sərt reaksiya göstərib. Portuqaliyalı mütəxəssis istefa ilə bağlı sualı cavablandırarkən belə deyib:
“İstefa verməyəcəyəm. Yerimə başqa biri gətirilənə qədər işimi davam etdirəcəyəm. Müqaviləmin bitməsinə hələ 18 ay var. O vaxta qədər hamı öz işini görəcək.”
Bu nəticə ilə “Mançester Yunayted” liqadakı qeyri-müəyyən mövqeyini qoruyub saxlayır. Komandanın növbəti turda “Börnli” səfərində göstərəcəyi nəticə isə Ruben Amorimin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
HƏMÇİNİN OXU:
© Copyright 2026, All Rights Reserved