Palmer "Mançester Yunayted"ə gələsi olmadı
Koul Palmerin Londonda narazı olması və “Mançester Yunayted”ə keçməyə açıq olması ilə bağlı yayılan şayiələr həqiqəti əks etdirmir.
90plus.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi hazırda “Çelsi”də özünü xoşbəxt hiss edir və "Stemford Bric”də klubun “toxunulmaz” futbolçularından biri hesab olunur.
Palmer mövsüm boyu onu narahat edən qasıq nahiyəsindən aldığı zədə səbəbindən fiziki durumu ilə bağlı təbii olaraq narazıdır. Bununla belə, 2033-cü ilə qədər qüvvədə olan müqaviləni nəzərə alaraq, həm futbolçu, həm də “Çelsi” onun gələcəyini Qərbi Londonda görür.
Beləliklə, “Mançester Yunayted”lə mümkün transfer xəbərlərinin reallıqdan uzaq olduğu vurğulanır.
© Copyright 2026, All Rights Reserved