Pedro Bikalyo: “Ayntraxt’a qarşı matç karyeramın ən vacib oyunudur
Pedro Bikalyo: “Əsas məqsədimiz ‘Ayntraxt’a qalib gəlməkdir”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçiriləcək oyun ərəfəsində mətbuata açıqlama verib. 90plus.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə 20 Yanvar faciəsini yad edib.
Pedro Bikalyo bildirib ki, 20 yanvar Azərbaycan xalqı üçün çox kədərli tarixdir:
“Bu gün 20 yanvardır. Azərbaycan xalqı üçün çox kədərli gündür. Müstəqillik uğrunda canından keçənlərin xatirəsini ehtiramla anıram. Allah onlara rəhmət eləsin.”
Futbolçu qarşıdakı oyunun əhəmiyyətinə də toxunub:
“Çempionlar Liqasında ‘Ayntraxt’a qarşı oyun həm komandamız, həm də mənim karyeram üçün çox vacibdir. Əsas məqsədimiz qələbədir. Şəxsi mükafatlar önəmli deyil.”
Bikalyo fərdi göstəricilər barədə düşünmədiyini vurğulayıb:
“Oyundan sonra kimin matçın ən yaxşısı seçiləcəyi başqa məsələdir. Yenidən matçın ən yaxşısı seçilmək kimi bir məqsədim yoxdur.”
Yarımmüdafiəçi transfer söz-söhbətlərinə də münasibət bildirib:
“Transfer söhbətləri diqqətimi yayındırmır. Mən yalnız ‘Qarabağ’ı və sabahkı matçı düşünürəm.”
Qeyd: "Qarabağ” – “Ayntraxt” qarşılaşması sabah saat 21:45-də keçiriləcək və Ağdam təmsilçisi bu oyunda qələbə qazanaraq pley-off şansını itirməməyi hədəfləyir.
© Copyright 2026, All Rights Reserved