top of page

“AAAF Xırdalan”la “Neftçi” də yarımfinala vəsiqə qazandı

Basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinin sonuncu – üçüncü turunun oyunları keçirilib.


90plus.az xəbər verir ki, bütün oyunlar “Sərhədçi” İdman Mərkəzində baş tutub.


Qeydə alınan nəticələrindən sonra “Gəncə” və NTD komandaları qrupda ilk, “AAAF Xırdalan” və Neftçi” komandaları isə ikinci pilləni tutaraq yarımfinala vəsiqə qazanıblar.


Yarımfinal oyunları (“Gəncə” – “Neftçi”, “NTD” – “AAAF Xırdalan”) martın 25-də baş tutacaq.


A qrupu

Sabah – AAAF Xırdalan 82:85Ən məhsuldar basketbolçular:Sabah – Kamran Məmmədov – 14 xal, 6 ribaundAAAF Xırdalan – Devin Pullum – 25 xal, 7 asist


Gəncə – Sərhədçi 75:80Ən məhsuldar basketbolçular:Gəncə – Əkbər Məmmədov – 20 xal, 25 ribaundSərhədçi – Trevor Blekmon – 16 xal, 1 ribaund


B qrupu

NTD – Zirvə Astara 104:103Ən məhsuldar basketbolçular:NTD – Londel Kinq – 19 xal, 15 ribaundZirvə Astara – Ruşard Kruikşenk – 51 xal, 9 ribaund


Olimpik Şəki – Neftçi 74:100Ən məhsuldar basketbolçular:Olimpik Şəki – Larri Robinson – 24 xal, 7 asistNeftçi İK – Zaur Quşanov – 19 xal, 3 asist


A qrupu

1. Gəncə (2-1) – 5 xal

2. AAAF Xırdalan (2-1) 5

3. Sabah (1-2) 4

4. Sərhədçi (1-2) 4


B qrupu

1. NTD (3-0) 6

2. Neftçi İK (2-1) 5

3. Zirvə Astara (1-2) 4

4. Olimpik Şəki (0-3) 3

0 comments
bottom of page